RU

Ukraynanın energetika naziri də istefa verdi

Ukraynanın energetika naziri Svetlana Qrinçuk istefa verib.Bu barədə o, feysbuk hesabında yazıb.

"İstefa ərizəsi yazdım. Vəzifə mənim üçün heç vaxt məqsəd olmayıb. Prezident Volodimir Zelenskiyə, Ukrayna Nazirlər Kabinetinə və xalq deputatlarına dövlətin rifahı naminə çalışmağa imkan verdikləri üçün minnətdaram. Son 10 ildə dövlət qulluğunda müxtəlif vəzifələrdə, baş mütəxəssis vəzifəsindən başlayaraq bu işi görmüşəm", - deyə Qrinçuk yazıb.

Избранный
16
3
anews.az

10Источники