Zelenskinin yaxın dostu və iş ortağı Timur Mindiç 100 milyon dollarlıq rüşvət sxemi təşkil etməkdə ittiham olunur.
Gundem.az xəbər verir ki, bu barədə “Fransa 24” nəşri məlumat yayıb.
Prokurorların bildirdiyinə görə, Mindiç Ukraynanın enerji sektorunda cinayət yolu ilə əldə edilən vəsaitlərin toplanması, bölüşdürülməsi və leqallaşdırılmasına nəzarət edib.
“O, Ukrayna prezidentiylə dostluq münasibətlərindən öz cinayət fəaliyyətində istifadə edib”, - deyə Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun (SAPO) nümayəndəsi bildirib.
Milli Antikorrupsiya Bürosu (NABU) bazar ertəsi enerji sektorunda 100 milyon dollarlıq çirkli vəsaitlərin yuyulması sxemini aşkar etdiyini açıqlayıb.