ain.az, GlobalInfo saytına istinadən bildirir.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Vivamed klinikasından 12 saylı İslah Müəssisəsinə qaytarılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Xüsusi Penitensiar Xidməti məlumat yayıb.
Məlumata görə, keçmiş prezidentin vəziyyəti qənaətbəxş hesab edilib və artıq stasionar müalicəyə ehtiyac duymur.
“Mixail Saakaşvilinin vəziyyəti qənaətbəxş olduğu və artıq stasionar müalicəyə ehtiyac duymadığı üçün o, mülki sektor klinikasından çıxarılıb və 12 saylı İslah Müəssisəsinə qaytarılıb”, – deyə agentlik vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.