RU

U-19 millimiz seçmə mərhələyə biabırçı məğlubiyyətlə başladı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi (U-19) Avropa çempionatının seçmə mərhələsində bu gün ilk sınağına çıxıb.

Arena.az xəbər verir ki, 13-cü qrupda yer almış komandamız Çexiya yığması ilə üz-üzə gəlib.

Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda keçirilmiş oyunu Finlandiya və Maltadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi finlandiyalı Oliver Reytala olub.

Məhsuldar keçən matçda millimiz 1:6 hesablı məğlubiyyətə üzülüb. Yığmamızın yeganə qolunu 70-ci dəqiqədə Şahismayıl Cəfərov vurub.

Xatırladaq ki, U-19 millimiz noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki görüş Maltanın Ta Qali şəhərində keçiriləcək.

Avropa çempionatının seçmə mərhələsi
13-cü qrup
12 noyabr

Çexiya – Azərbaycan 6:1
Baş hakim: Oliver Reytala (Finlandiya).
Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta).
Dördüncü hakim: Ezekiel Barbara (Malta)
Ta Qali. “Sentenari” stadionu, saat 17:30.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
24
27
arena.az

10Источники