RU

“Qarabağ” dünya reytinqində 17 pillə irəlilədi

Azərbaycan futbol klubları dünya klub reytinqində böyük uğuru imza atıb. Ən ciddi nailiyyət “Qarabağ” komandasına aiddir.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıya görə, Azərbaycan çempionu 192,25 xalla daha 17 pillə yüksələrək 82-ci sıradan 65-ə qalxıb.

“Sabah” 296-cı mövqedən 276-ya, “Zirə” 407-dən 387-yə, “Araz-Naxçıvan” 391-dən 390-a yüksəlib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.

Избранный
11
29
nocomment.az

10Источники