RU

Ayxan Abbasov: Ölkənin birinci komandasının formasını geyinirik, sonadək istəkli olmalıyıq

Bakı, 12 noyabr, AZƏRTAC

Sabah bizi ağır oyun gözləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda İslandiya yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib

O, sabahkı oyunda uğurlu nəticə əldə etmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Rəqib sabit heyətə malikdir. Baş məşqçiləri də təcrübəlidir. Fransa kimi güclü komandadan xal almağı bacarıblar. Amma biz də zəif deyilik. Hücum imkanlarımız var. Rəqib ikinci mərtəbədə yaxşı oynayır. İlk matçda birinci qol standart vəziyyətdən vurulmuşdu. Bunun üzərində də işləyirik. Ölkənin birinci komandasının formasını geyinirik. Hakimin son fitinə kimi istəkli olmalıyıq. Bunu oyunçularımda görürəm. Hazırda əcnəbi futbolçuların milliləşdirilməsini vacib hesab etmirəm. Yerli futbolçuların oynamasını istəyirəm. Onlara güvənirəm”.

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.

Избранный
14
5
azertag.az

6Источники