RU

Rusiya Ukrayna ilə İstanbulda danışıqlara hazırdır


Rusiya istənilən vaxt İstanbulda Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov İstanbulda keçirilən Valday Klubunun konfransında çıxış edərkən TASS-a bildirib.
“Rusiya tərəfi dəfələrlə Ukrayna tərəfi ilə birbaşa danışıqları davam etdirməyə hazır olduğumuzu vurğulayıb. Türk tərəfdaşlarımız İstanbul platformasının bizim ixtiyarımızda qaldığını təsdiqləyirlər” - diplomat bildirib.
O qeyd edib ki, Moskva əvvəllər onlayn danışıqlar üçün üç işçi qrupunun yaradılmasını təklif etmişdi, lakin Kiyevdən heç bir cavab alınmayıb.
İvanov dialoqun bərpası üçün Ukrayna tərəfində siyasi iradənin vacibliyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 2-si Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəninMoskva və Kiyev nümayəndə heyətləri arasında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların dördüncü raunduna ev sahibliyi etməyə, eləcə də iki ölkə liderləri arasında zirvə görüşünü təşkil etməyə hazır olduğunu açıqlayıb.
Избранный
27
yeniavaz.com

1Источники