RU

Şahin Mustafayev və Mqer Qriqoryan "Tramp marşrutu"nu müzakirə etdi

"Azərbaycanlı həmkarım (Azərbaycan baş nazirinin müavini - red.) ilə təmaslar davam edir". Ajans.az "Armenpress" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə parlament saatı sessiyası zamanı deyib. O, sentyabr ayında baş tutan qarşılıqlı səfərləri xatırladaraq, onların "Tramp marşrutu" (TRIPP) çərçivəsində mümkün sərhəd delimitasiyası prosesi ilə bağlı olduğunu qeyd edib. Bununla yanaşı, sərhədin delimitasiyası prosesinin davam etdirilməsinə dair ayrıca işçi təmaslar da mövcuddur. Qriqoryanın sözlərinə görə, bu təmaslar konstruktiv xarakter daşıyır.

Xatırladaq ki, sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.

Избранный
26
Ajans.az

1Источники