"Real Madrid"də ulduz futbolçuların Xabi Alonsonu niyə istəmədikləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, əsas səbəb Xabi Alonsonun sərt nizam-intizam qaydaları tətbiq etməsidir.

Belə ki, Karlo Ançelotti dönəmində bəzi oyunçular matçlardan sonra İbizada əyləncələrə qatılır və bəzən məşqləri buraxırdılar. Lakin artıq Xabi Alonso bu vəziyyətə son qoyub və komandada ciddi intizam qaydaları tətbiq edib.

Onun sərt yanaşması bəzi futbolçuların ətrafında narazılıq yaradıb – oyunçuların yaxın çevrəsi hesab edir ki, Alonso şəxsi həyatlarına həddindən artıq müdaxilə edir.