RU

"Qarabağ"ın rəqibinin yarımmüdafiəçisi zədələndi

style='margin-bottom:10px;'>

"Napoli"nin yarımmüdafiəçisi Frank Anqissa zədələnib.

QOL.az xəbər verir ki, futbolçu Kamerun millisinin düşərgəsində zədələnib. Məlumata görə, yarımmüdafiəçi yığmanın məşqi zamanı əzələ zədəsi alıb. Sözügedən məşqin gərgin keçdiyi və həmin gün hücumçu Erik-Maksim Şupo-Motinq də zədələndiyi bildirilir.

İlkin ehtimallara görə, o, Kamerunun Konqo ilə DÇ-2026-nın seçmə mərhələsindəki oyununda iştirak etməyəcək. Yarımmüdafiəçinin durumu “Napoli” üçün də ciddi narahatlıq doğurur. Mövcud vəziyyətə əsasən, Anqissanın noyabrın 22-də “Atalanta”ya qarşı keçiriləcək A Seriyası matçını da buraxma ehtimalı yüksəkdir.

Qeyd edək ki, “Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olacaq. Komandalar arasındakı görüş noyabrın 26-da İtaliyada keçiriləcək.

Избранный
36
1
teleqraf.com

2Источники