RU

Nəriman Axundzadənin qışda Qarabağ dan getmək ehtimalı var yeni hücumçu üçün Portuqaliya, Fransa, Cənubi Amerika ölkələrinin liqalarına baxırlar

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çempionlar Liqasında əla mövsüm keçirməsinə baxmayaraq, "Qarabağ"ın güclənməsi məsələsi hələ də aktual olaraq qalır. Güclü rəqiblərlə qarşılaşdıqca, heyətdə səviyyəli futbolçuların çoxluğu böyük əhəmiyyət kəsir. Əks halda cəzalı və zədəli futbolçular olanda, onların yerini doldurmaq çətinləşir və bu məqam nəticələrə də öz mənfi təsirini göstərir. 

Yay transfer dönəmində hücumçu keçidini heç cür həll edə bilməyən "Qarabağ" buna görə çox tənqid olunmuşdu. Lakin Kamilo Duran və Nəriman Axundzadən yer aldığı hücum xətti hələ ki "Qarabağ"ın yükünü daşıya bilir. Buna baxmayaraq, hücumçu transferi yenə aktual olaraq qalır.

Tanınmış agent Tural Əsgərovun bu məsələ ilə bağlı fikirlərini öyrəndik. Sportal.az saytına danışan Tural bəy hətta qış fasiləsində hücumçu transferinin gerçəkləşə biləcəyini ehtimal etdi:

"Yayda çox çalışsalar da, reallaşdıra bilmədilər. Lakin əminəm ki, o vaxtdan bəri "Qarabağ" hücumçu axtarışlarını heç dayandırmayıb. Ümumi götürsək, yayda transfer bazarı daha fəal olur. Lakin qış dönəmində də bunun üçün ciddi əngəl görmürəm.

Məsələn, Skandinaviya və Cənubi Amerika ölkələri fərqli sistemlə keçirilir. Yəni, qışda o liqalardan oyunçu almaq daha rahatdır. Digər tərəfdən, "Qarabağ" əsasən Portuqaliyanın II Liqası, Fransanın II Liqasından transferlər edir. Həmin liqaların komandaları isə daim oyunçu satmaqda maraqlı olurlar. 

Onu da nəzərə almalıyıq ki, Nəriman Axundzadənin qışda "Qarabağ"dan getmək ehtimalı var. Belə bir durum yayda da var idi. Ona görə də, qışda yeni hücumçunun transfer olunma ehtimalını yüksək görürəm".

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
2
sportal.az

3Источники