RU

Müğənni: Quran gətirin, əl basım

Bəturə Hüseynova eşq iddialarını təkzib edib.

"Yeni Sabah" xəbər verir ki, buna səbəb “Tarixin bir günü” verilişində mərhum gitara ifaçısı Nofəl Süleymanovla münasibətlərə aydınlıq gətirən müğənni bildirib:

“Qurani Kərim varsa, əlimi basaram. Quran gətirin! Yalan-böhtandır. Balamın canı, şərdir. Mən burada yox idim. Haqqımda xəbər çıxanda dedim ki, bir ildir ölkədə yoxam, xarici pasportumda da qeyd edilib”.

Xatırladaq ki, B. Hüseynova ilə Nofəl Süleymanovun bir vaxtlar eşq yaşadığı, hətta musiqiçini oğlu bu səbəblə öldürdüyü iddia edilmişdi.


Telegram kanalımız
Избранный
16
2
yenisabah.az

4Источники