RU

İstilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə milli hədəf müəyyənləşib

Paris Sazişi çərçivəsində istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə milli hədəf və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədi təsdiq edilib.

Ölkə.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Təsdiq edilmiş milli hədəfə nail olunmasının maliyyə resurslarının artırılması - əlavə beynəlxalq maliyyə dəstəyi (güzəştli kreditlər, özəl sector investisiyası və s.), texnologiyanın mövcudluğu, texnologiyanın ötürülməsi, texnologiyanın inkişaf səviyyəsi, potensialın artırılması dəstəyinin əldə olunması, meşələrin və digər ekosistemlərin absorbsiyası şərtilə mümkünlüyü nəzərə alınmalıdır.

Qərara əsasən, 1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılmasını nəzərdə tutan milli hədəf və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC 3.0) sənədi təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi NDC 3.0 sənədini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi təsdiq edilmiş milli hədəfə nail olunması məqsədilə energetika, neft-qaz, nəqliyyat, tullantıların idarə olunması, kənd təsərrüfatı, sənaye sektorları, həmçinin yaşayış və qeyri- yaşayış sahələri üzrə dekarbonizasiya tədbirlərinin dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və digər sənədlərdə inteqrasiyasını aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etməlidir.

Energetika Nazirliyi enerji sektorunda, o cümlədən neft və qaz sənayesində istixana qazları emissiyalarının azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini təmin etsin, bu sahədə bərpa olunan enerji mənbələrinin payının artırılması, enerji səmərəliliyinin yüksəldilməsi və karbon tutumlu texnologiyaların mərhələli şəkildə azaldılması ilə bağlı tədbirləri həyata keçirməlidir.

Maliyyə Nazirliyi NDC 3.0 sənədi ilə müəyyən edilmiş milli hədəfə nail olunması məqsədilə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.

Избранный
26
8
olke.az

10Источники