RU

Sankt-Peterburqda MDB-yə üzv ölkələrin liderlərinin görüşü gözlənilir

Rusiya Prezidenti Vladimir Putin Yeni ildən əvvəl ənənəvi olaraq Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünü keçirəcək.

Xezerxeber.az xəbər verir ki, TASS-ın məlumatına görə, Rusiya Prezidenti bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Kremldə danışıqlar zamanı bildirib.

Putin deyib: "Biz Sankt-Peterburqda MDB və Avrasiya İqtisadi Şurası ölkələri liderləri ilə ənənəvi Yeni il öncəsi görüşəcəyik".

Xatırladaq ki, Tokayev dünəndən bəri Rusiyada ikigünlük dövlət səfərindədir.

Избранный
14
4
xezerxeber.az

10Источники