"Fənərbaxça" Klubu, əfsanəvi futbolçusu Tuncay Şanlının, "Fənərbaxça" Futbol Akademiyasında yeni bir vəzifəyə təyin edildiyini açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tuncay Şanlı, sarı-lacivərtlilər üçün bu dəfə fərqli bir rolda geri döndü. Klubdan verilən açıqlamada, Şanlının "Dəyər Yaratma və İnkişaf Direktoru" olaraq Futbol Akademiyasında fəaliyyətə başladığı bildirilib.
"Fənərbaxça"nın tarixində iz qoyan futbolçulardan biri olan Tuncay Şanlı, bu yeni vəzifəsində, futbol akademiyasının inkişafına və gənclərin yetişməsinə töhfə verəcək.