RU

“Putin ağır xəstədir” – FOTOFAKT

Hələ 2022-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiya Prezidenti Vladimir Putinin ağır xəstə olması ilə bağlı iddialardan danışmışdı və həmin vaxt dünya gündəmini məşğul edən mövzu bağlanmışdı.

NOCOMMET.az xəbər verir ki, hakimiyyətyönlü “Türkiyə” qəzeti Rusiya Prezidenti Vladimir Putinin “səhhətinin pisləşməsi” ilə bağlı sensasion xəbər dərc edib:

Mütəxəssislər əvvəlcə Rusiya prezidentinin “qeyri-adi” davranışına diqqət yetiriblər. Çünki o, daim sağ əlini sol əli ilə örtməyə çalışırdı. Əlbəttə, bununla Putin aydın görünən varikoz damarlarını gizlətməyə çalışır”.

Mütəxəssislər bunun “uzun müddətli inyeksiyaların nəticəsi ola biləcəyi” qənaətinə də gəliblər. Qərb ekspertləri Rusiya prezidentinin “təkəbbürdən məyusluğa keçəndə davranışındakı dramatik dəyişiklikləri” həm də narkotiklərin təsiri kimi izah edirlər. Onlar Putinin ya xərçəngdən, ya da Parkinson xəstəliyindən əziyyət çəkdiyini iddia edirlər.

Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş müşaviri Anton Geraşenko Putinlə bağlı bu spekulyasiyalara çox sərt yanaşıb: “Onun təkcə əlləri biləklərinə qədər qanlı deyil, damarları da qandan şişib”.

“New York Times” qəzetinin yazdığına görə isə , məşhur ukraynalı jurnalist Dmitri Qordon Putinin əllərində şiş və qabarıq damarları şəxsən görüb.

Kreml isə Rusiya prezidentinin xəstəliyi ilə bağlı bütün bu məlumatları və fərziyyələri açıq-aşkar yalan adlandırıb.

Bununla belə, türk mediası öz saytında Putinin “xəstəlikdən əziyyət çəkən” fotolarını dərc edib. Nəşr onu da vurğulayıb ki, fotoların həqiqiliyi də çox şübhəlidir.

Xatırladırıq ki, 2022-ci ilin dekabrında Britaniyanın “Ekspress” nəşri Putinin ölümcül xəstə olduğunu bildirmişdi. “Ekspress” nəşri Rusiyanın Telegram kanallarına istinadən bildirir ki, Putində xroniki öskürək, ürəkbulanma və iştahsızlıq var. Bundan əlavə, o, demək olar ki, səkkiz kiloqram arıqlayıb.

Britaniyanın “The Sun” nəşrinin ixtiyarında olan e-poçtda Rusiya kəşfiyyat xidmətinə aid mənbə Putinin düçar olduğu Parkinson xəstəliyinin erkən mərhələdə olduğunu, lakin getdikcə irəlilədiyini yazmışdı .

Əntiqə Rəşid

Избранный
82
nocomment.az

1Источники