Azərbaycanın aparıcı supermarket şəbəkələrindən biri olan “Bazarstore” müştərilərinə müasir və rahat alış-veriş təcrübəsi təqdim edən onlayn platforması Bazarstore.az vasitəsilə gündəlik ehtiyacların qarşılanmasında yeni standartlar müəyyənləşdirir.
Bazarstore.az saytı sayəsində istifadəçilər evdən çıxmadan, yalnız bir neçə kliklə ərzaq və məişət məhsullarını sifariş edə, endirimlərdən yararlana və məhsulların evlərinə çatdırılmasını təmin edə bilirlər. Platforma artıq uzun müddətdir fəaliyyət göstərərək minlərlə müştərinin etibarını qazanıb və onlayn alış-verişi gündəlik həyatın ayrılmaz hissəsinə çevirib.
Rahatlıq, keyfiyyət və etibarlılıq bir arada
Bazarstore.az müasir dizaynı, istifadədə sadəliyi və operativ xidmət mexanizmi ilə seçilir. Saytın ən böyük üstünlüklərindən biri, çatdırılma anbarlarındakı məhsul stoklarını real vaxtda izləmək imkanıdır. İstifadəçilər bu funksionallıq vasitəsilə məhsulların mövcudluğunu dərhal görə, səbətlərini rahatlıqla formalaşdıra və özlərinə uyğun çatdırılma saatını seçə bilirlər.
“Bazarstore” həm mağazalarda keçərli olan endirimləri bazarstore.az saytında təqdim edir, həm də yalnız onlayn sifarişlər üçün xüsusi kampaniyalarla müştərilərə əlavə dəyər yaradır. Beləliklə, Bazarstore.az həm qiymət baxımından sərfəli, həm də vaxt baxımından qənaətcil seçim olur.