RU

Samir Abasovun iradına Qurban Qurbanovun cavabı bu VİDEOda

Premyer Liqanın 11-ci turunda keçirilən "Qarabağ" - "Neftçi" görüşündən sonra (2:0) meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov "Sportinfo TV"nin suallarını cavablandırıb.

Təcrübəli mütəxəssis bir sıra maraqlı məqamlara toxunub.

Xüsusilə baş hakim Elçin Məsiyevlə bağlı fikri diqqətdən qaçmayıb.

Çalışdırıcı bu oyundakı penalı şərh edərkən "Elçin Məsiyev elə-belə penal" verməz fikrini səsləndirib.

Qurbanov bununla sanki 2020-ci ildəki sonuncu məğlubiyyətin yaşandığı oyuna eyham vurub.

Xatırladaq ki, 2020-ci ilin 19 mayında keçirilən "Qarabağ" - "Neftçi" görüşündə də baş hakim Elçin Məsiyev olmuşdu.

"Ağ qaralar"ın 1:0 qələbə qazanaraq çempion olduğu oyunda FİFA referisinin bir epizodda "Neftçi"nin qapısına penal verməməsi geniş müzakirələrə yol açmışdır.

Aşağıdakı linkə daxil olaraq həm Qurbanovun fikirləri, həm də haqqında bəhs etdiyimiz oyunda yaşananları izləyə bilərsiniz:

Избранный
25
sportinfo.az

1Источники