RU

“Təyyarə qəzası ilə bağlı azərbaycanlı qardaşlarımız bütün dəstəyini göstərir” - Ərdoğan

“Ötən gün Qarabağ zəfərinin 5-ci ildönümü münasibətilə Azərbaycanda olan yük təyyarəmiz qəzaya uğradı. 20 vətən övladımızı şəhid verdik”.

Missiya.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) genişləndirilmiş Vilayət sədrləri iclasında deyib.

O bildirib ki, ötən gün təyyarə qəzasında şəhid olan qəhrəmanlarımız peyğəmbərlikdən sonra ən yüksək şəhidlik dərəcəsinə çatıblar. Allah şəhidlərimizə Cənnətdə yüksək yerlər və dərəcələr nəsib etsin.

Ərdoğan qeyd edib ki, qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb və incələmələrə başlanılıb. Millətimizlə birlikdə azərbaycanlı qardaşlarımız və gürcü dostlarımızı da çox məyus edən bu faciəvi hadisəni bütün yönləri ilə araşdırırıq. Azərbaycanlı qardaşlarımız bütün dəstəyini göstərir.

Türkiyə lideri həmçinin xalqı dezinformasiyadan qaçmağa da çağırıb:

"Vaxtaşırı bütün lazımi məlumatları ictimaiyyətlə rəsmi kanallar vasitəsilə bölüşürük, xalqımızı yalan, yarımçıq, rəsmi olmayan məlumatlara inanmamağa çağırıram”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
32
missiya.az

1Источники