RU

ASCO gəmiləri ilə maye və quru yük daşımalarında 17 faiz artım qeydə alınıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) tanker və universal quru yük gəmiləri ilə 2025-ci ilin yanvar–oktyabr aylarında ümumilikdə 4 milyon 838 min 499 ton yük daşınıb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, daşımaların 3 milyon 714 min 677 tonu tanker gəmiləri, 1 milyon 123 min 822 tonu isə universal quru yük gəmiləri ilə həyata keçirilib.

Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 3 milyon 410 min 939 ton və 724 min 627 ton təşkil etmişdi. Beləliklə, maye yük daşımalarında 8,9 faiz, quru yük daşımalarında isə 55,1 faiz artım qeydə alınıb.

Ümumilikdə, ASCO-nun maye və quru yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 17 faiz artıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
7
azertag.az

8Источники