RU

Müavin idi, icra başçısı oldu

Xəbər verdiyimiz kimi, Prezidentinin sərəncamı ilə Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

“Yeni Sabah” bildirir ki, Elşən Həsənli bu təyinatadək Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb. 

Həsənli Elşən Nazim oğlu 10 avqust 1986-cı ildə Yevlax şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının "Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.

2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb. 2014-2022-ci illərdə qurumun aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub. 

2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, 2025-ci ilin aprel ayında isə I müavini vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.


Telegram kanalımız
Избранный
39
16
yenisabah.az

10Источники