Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyaya qarşı iki cinayət işi açılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze məlumat yayıb.
Məlumata görə, Qaxariya daxili işlər naziri vəzifəsində çalışarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib və 2019-cu il iyunun 20-dən 21-nə keçən gecə etiraz aksiyaları zamanı polisin hərəkətlərinə görə ittiham olunur.
O, həmçinin 2019-cu ilin avqustunda Xaşuri rayonunun Çorçana kəndi və Tsnelisi kəndi yaxınlığında polis postu yaratmaqda ittiham olunur.
Qeyd olunur ki, partiya lideri Giorgi Qaxaria 2025-ci ilin iyun ayından Almaniyadadır. Gürcüstan mediası daha əvvəl onun bu ölkədə yaşamaq icazəsi aldığını yazmışdı.
Gülayə Mecid