BAKI, 12 noyabr. TELEQRAF
Qırğızıstanın “Abdış-Ata” klubu azərbaycanlı futbolçular Mirabdulla Abbasov və İlkin Muradovla yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Mövsüm başa çatdıqdan sonra klub ümumilikdə 5 futbolçunu yola salıb.
Qeyd edək ki, hər iki oyunçu yayda Qırğızıstan klubuna transfer olunub. Mirabdulla Abbasov 6 oyunda iştirak edib, bir qol vurub, Muradov isə 14 oyunda iştirak edib və dörd məhsuldar ötürmə ilə yadda qalıb.