RU

Barselona Messi ilə qısamüddətli müqavilə imzalamağı planlaşdırmır

Operativ MM saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Barselona” rəhbərliyi argentinalı hücumçu Lionel Messi ilə qısamüddətli müqavilə bağlamaq niyyətində deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "Barca Times" yayıb.

Klub prezidenti Joan Laporta bildirib ki, hazırda Messinin yenidən komandaya qayıtması ilə bağlı reallığı əks etdirməyən ssenarilər haqqında danışmağın yeri yoxdur.

Laporta deyib: “Messiyə, oyunçularımıza və klub üzvlərimizə hörmət əlaməti olaraq, indi qeyri-real ssenarilər barədə spekulyasiya etməyin vaxtı deyil. Onun gedişi hamımız üçün çətin idi, amma o anda başqa cür qərar vermək mümkün deyildi. Klub hər şeydən önəmlidir”.

Klub rəhbəri həmçinin Messi üçün vida matçının keçirilməsi üzərində iş getdiyini təsdiqləyib:

“Bu stadion onun evidir. Stadionun təmiri başa çatdıqda 105 min tamaşaçı tutumuna malik olacaq və biz Leo üçün dünyanın ən gözəl vida matçını təşkil etmək istəyirik”.

Xatırladaq ki, daha əvvəl mətbuatda Messinin 2026-cı il Dünya Çempionatına hazırlıq məqsədilə “İnter Mayami”dən qısamüddətli icarəyə “Barselona”ya keçə biləcəyi barədə məlumatlar yayılmışdı. Lakin klub rəhbərliyi bu iddiaları təkzib edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
operativmm.az

2Источники