RU

Baxçalı qəza ilə bağlı onları TƏNQİD ETDİ

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Gürcüstanda Gəncədən havaya qalxan Türkiyə Milli Müdafiə Nazirliyinə məxsus "C-130" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verib. 

Musavat.com xəbər verir ki, Baxçalı qeyd edib ki, fəlakətin əsl səbəbləri müəyyən olunmayana və rəsmi açıqlama verilməyənə qədər hər hansı fərziyyə fərziyyədir, bütün bəyanatlar əsassız və etibarsızdır.

“Özünü “mütəxəssis” adlandıran bəzi şəxslərin xalqımızın şüurunu çaşdırmaq, bilərəkdən şayiələr yaymaq, gərginliyi artırmaq cəhdləri anlaşılmaz və qəbuledilməz bir aldatma kimi qiymətləndiriləcək”, - deyə o qeyd edib.

Baxçalı 20 hərbçinin ölümü ilə bağlı başsağlığı verib.

Musavat.com

Избранный
20
musavat.com

1Источники