
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Suxoy Yar yaşayış məntəqəsini nəzarətə götürüb.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kənd “Mərkəz” qüvvələr bölmələrinin fəal hərəkətləri nəticəsində ələ keçirilib.
Qeyd edək ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.
Daşqın HəsənovMissiya.Az