RU

Zəfər və Dövlət Bayrağı günlərində sərnişin daşımaları fasiləsiz həyata keçirilib

Zəfər günü və Dövlət Bayrağı günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı təmin olunması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Doğru.az-a bildirilib ki, bayram ərəfəsində, bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1360 reys həyata keçirilib və 39982 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə 250-dən çox reys təşkil olunub.

Eyni zamanda regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 1477 reyslə 21193 sərnişin daşınıb. Biletlər avtovağzal kassalarından və https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada təqdim olunub; sərnişinlərin 45 faizi biletlərini onlayn əldə edib.

Doğru.az xəbər verir ki, Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb və onların təhlükəsiz mənzil başına çatdırılması təmin edilib.

DOĞRU.AZ

Избранный
22
9
dogru.az

10Источники