ABŞ-ın sabiq prezidenti Donald Tramp Veteranlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edib.
Doğru.az xəbər verir ki, Tramp çıxışında Amerikanın hərbi qələbələrini vurğulayıb:
“Biz Birinci Dünya Müharibəsində qalib gəldik. İkinci Dünya Müharibəsində qalib gəldik. Arada olan hər şeyi qazandıq”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriev daha əvvəl Tramp və Rusiya prezidenti Vladimir Putinin III Dünya Müharibəsinin qarşısını ala biləcəklərini bəyan etmişdi.
DOĞRU.AZ