Azərbaycanın “Qarabağ”, “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
İFFHS-in cədvəlində planetin 502 ən yaxşı komandası yer alıb. Siyahıda Azərbaycanı 4 klub təmsil edib.
Hazırda 192,25 xalı olan “Qarabağ” yeni siyahıda 17 pillə irəliləyib. Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.
Digər klublarımızdan “Sabah” (83,5 xal) 296-cı mövqedən 276-ya yüksəlib. “Zirə” (66,75) 407-dən 387-yə, “Araz-Naxçıvan” (66,5) da 391-dən 390-a qalxıb.
Dünya reytinqinə 567 xalı olan Fransa çempionu PSJ rəhbərlik edir. İspaniyanın “Real” klubu 511 xalla ikincidir. İlk üçlüyü İngiltərənin “Çelsi” klubu qapayır – 484 xal.
Reytinq siyahısının ilk 10 pilləsində qərarlaşmış komandaların siyahısını təqdim edirik:
- PSJ (Fransa) – 567 xal
- Real (Madrid, İspaniya) – 511 xal
- Çelsi (İngiltərə) – 484 xal
- İnter (Milan, İtaliya) – 470 xal
- Bayern (Almaniya) – 457 xal
- Barselona (İspaniya) – 419 xal
- Borussiya (Dortmund, Almaniya) – 394 xal
- Palmeyras (Braziliya) – 378 xal
- Arsenal (İngiltərə) – 378 xal
- Flamenqo (Braziliya) – 374 xal

