RU

Xalq artisti qəzaya görə konsertini təxirə saldı - VİDEO

Xalq artisti Mənsum İbrahimov bu gün Gəncədə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb. 

Gundem.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Xalq artisti özü məlumat verib.

Muğam ustası bildirib ki, yubileyi ilə əlaqədar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertinin təxirə salınmasına səbəb ötən gün Türkiyəyinin Gəncədən qayıdan hərbi təyyarəsinin qəzaya uğramasıdır.

“Orada 20 hərbiçimiz şəhid olub. Türkiyənin şəhidi bizim şəhidimizdir. Acınız, acımızdır, əziz Türkiyəm. Allah bütün şəhidlərə rəhmət eləsin. Konsertin yeni vaxtı ilə bağlı məlumat verəcəyik. Anlayışınız üçün təşəkkür edirəm”.

 

Избранный
13
19
gundem.az

10Источники