RU

Sabiq nazir: “Gələn il üçün kinoya pul ayrılmayıb”

Mədəniyyət sahəsinə nə qədər pul ayırsan da, çatmayacaq.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, abidələrin bərpası, restavrasiyası ilə Mədəniyyət Nazirliyi məşğul olur:

“Bu abidələrin hamısını birdən bərpa etmək olmaz, amma plan üzrə bunları etmək olar. Gələn il kinomuza vəsait ayrılmayıb, bunun səbəblərini bilmirəm. Yəqin ki, Maliyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri bizə izah edər. Kinoya heç bir vəsait ayrılmaması təhlükə yaradır. Kino sahəsinə vəsait ayrılmasa, bu sahədə mütəxəssislər iş yerlərini tərk edəcəklər, gələcəkdə də kinomuz inkişaf edə bilməyəcək”.

Избранный
14
12
konkret.az

10Источники