RU

Azərbaycan həndbol millisinin İslamiadadakı oyunlarının başlama vaxtı açıqlanıb

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanın qadın həndbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı oyunlarının vaxtı açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasından məlumat verilib.

B qrupunda çıxış edən komanda ilk matçını 13 noyabrda Qətər yığmasına qarşı oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Milli komanda 15 noyabrda Özbəkistanla qarşılaşacaq. Oyun eyni vaxtda başlayacaq.

Son oyun isə 17 noyabrda saat 15:00-da Qazaxıstan millisi ilə keçiriləcək. Bütün qarşılaşmalar “Green Hall” Olimpiya Kompleksində oynanılacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
icma.az

2Источники