Kişi voleybolçulardan ibarət "Xilasedici" klubu Çelenc Kubokunda ilk matçını keçirəcək.
Offsideplus.az xəbər verir ki, onlar səfərdə Rumıniyanın "Stayua" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.