RU

"Xilasedici" Çelenc Kubokunda ilk oyununa çıxacaq

Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunda ilk matçını keçirəcək.

“İki sahil” xəbər verir ki, Bakı təmsilçisi 1/32 final mərhələsində Rumıniyada "Styaua" kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü noyabrın 20-də Bakıda, Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da başlayacaq.

Избранный
14
1
ikisahil.az

5Источники