RU

"Qarabağ" daha 17 pillə irəli getdi - Dünya reytinqində

"Qarabağ" dünya reytinqində daha 17 pillə irəliləyib.

Sportinfo.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb.

"Sabah" 296-cı mövqedən 276-ya, "Zirə" 407-dən 387-yə, "Araz-Naxçıvan" 391-dən 390-a yüksəlib.

502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.

Избранный
21
31
sportinfo.az

10Источники