RU

Samorano: “Yamal “Real”lıq futbolçu deyil” - ARENA.AZ

Çili futbolunun əfsanəsi, “Real”ın keçmiş hücumçusu İvan Samorano “Barselona”nın ispaniyalı ulduzu Lamin Yamal haqda qənaətini açıqlayıb.

Arena.az veteran futbolçunun gənc sağ cinah hücumçusuyla bağlı müvafiq qənaətini təqdim edir:

“Lamin Yamalla müqavilə imzalamazdım. O, ulduzdur, amma özündə “Real”ın oyunçusunun məğzini təcəssüm etdirmir. Pedri ilə müqavilə imzalayardım. O, inanılmaz, müəmmalıdır, bir kəlmə də danışmadan öz işini görür. Təvazökardır, ancaq gərək olanda danışır, elə, məğzi də bundadır. Yamalın “Real”lıq nə ruhu, nə də məziyyəti var. O, “Barselona”da yaxşıdır, amma burda yox. Bu, başqa əhvalatdır, tamamilə başqa klubdur. Madrid “Real”ı – səviyyənin və mədəniyyətin komandasıdır. Oyunçular bunu təcəssüm etdirməlidir”, deyə Samorano vurğulayıb.

Xatırladaq ki, Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı gənc 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Yamal cari mövsümdə “blauqrana”nın heyətində 10 oyuna çıxıb. O, bu oyunlarda 5 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 116 oyun, 30 qol və 40 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 23 oyun keçirib, 6 qol vurub, 12 məhsuldar ötürmə verib.

Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir – Yamal dünyanın ən bahalı oyunçusudur.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
25
20
arena.az

10Источники