Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 58 ölkənin iştirak etdiyi VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması yeddinci pillədə qərarlaşıb.
Oxu.Az xəbər verir ki, yığmamız indiyə kimi 29 medal (4 qızıl, 9 gümüş, 16 bürünc) qazanıb.
VI İslam Həmrəyliyi Oyunlarında birinci yeri 68 medalla (43 qızıl, 24 gümüş, 11 bürünc) Türkiyə yığması tutur. İkinci yerdə 27 medalla Misir (10 qızıl, 6 gümüş, 11 bürünc), üçüncü yerdə isə Özbəkistan (9 qızıl, 16 gümüş, 9 bürünc) milliləri qərarlaşıblar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта