RU

Fransa millisinin baş məşqçisi postundan ayrıla bilər

BAKI, 12 noyabr. TELEQRAF

Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatından sonra postundan ayrıla bilər.

Teleqraf Lequipe nəşrinə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna rəhbərlik edə bilər.

Səudiyyəli klubun uğursuz nəticələr səbəbindən istefaya göndərmək istədiyi baş məşqçi Serjiu Konseseyraunun yerinə onu təyin etmək niyyətindədir. Artıq fransız mütəxəssisə təklif göndərib, lakin Deşam hələlik cavab verməyə tələsmir

Daha əvvəl Deşam mundialdan sonra Fransa millisinin baş məşqçisi postunu tərk etmək istədiyini bildirmişdi.

Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.

Избранный
38
teleqraf.com

1Источники