RU

Şahbaz Şərif Ərdoğana başsağlığı verdi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

O,  bu barədə "X" hesabında yazıb.

"Gürcüstanda Türkiyəyə məxsus "C-130" təyyarəsinin faciəvi qəzası ilə bağlı kədərləndik. Əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana, təyyarədə olanların ailələrinə, türk qardaş və bacılarımıza dərin hüznlə başsağlığı veririk. Bu kədər anında düşüncələrimiz və dualarımız onlarla birlikdədir", - paylaşımda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
21
12
olaylar.az

10Источники