RU

Rusiya İstanbul danışıqlarına hazırdır Diplomat

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya istənilən vaxt Ukrayna ilə İstanbul danışıqlarına hazırdır, lakin Kiyev əvvəlki təkliflərə cavab verməyib.

Axar.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov bildirib.

“Rusiya tərəfi dəfələrlə Ukrayna nümayəndə heyəti ilə birbaşa danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Türkiyə tərəfdaşlarımız da daim vurğulayırlar ki, İstanbul danışıqlarının qapısı bizim üçün açıqdır.

Əgər Kiyev tərəfi siyasi iradə nümayiş etdirsə, biz belə danışıqlara istənilən vaxt hazırıq”, - deyə diplomat qeyd edib.

İvanov əlavə edib ki, Rusiya tərəfi əvvəlki danışıqlar zamanı bir sıra təkliflər irəli sürüb:

"Bir sıra təşəbbüslər, o cümlədən üç onlayn işçi qrupunun yaradılması irəli sürülüb. Təəssüf ki, hələlik bu təşəbbüslərə Ukrayna tərəfindən müsbət cavab almamışıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
91
axar.az

1Источники