RU

Didye Deşamın növbəti iş yeri bilindi -SON DURUM

ABŞ-da keçirilən dünya çempionatından sonra Fransa millisində 14 illik fəaliyyətinə son qoymağa hazırlaşan baş məşqçi Didye Deşam uzun müddət işsiz qalmayacaq.

Fanat.Az xəbər verir ki, o, Səudiyyə Ərəbistanına üz tutacaq. 

İnformasiyanı "Lequipe" yayıb. Mənbənin məlumatına görə, fransalı mütəxəssis hazırda "Milan"ın və "Portu"nun sabiq çalışdırıcısı Serxio Konseysaonun rəhbərlik etdiyi "Əl-İttihad"ın maraq dairəsindədir.

Kərim Benzema və Nqolo Kante kimi fransalı futbolçuların çıxış etdiyi klubla Deşam arasında mümkün tərəfdaşlığın təfərrüatları məlum deyil.

"Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan Fransa millisində Deşamın yerinə əsas namizəd hesab olunur.

Mirağa

Избранный
10
1
fanat.az

2Источники