RU

Kolumbiya ABŞ ilə kəşfiyyat əlaqələrini dayandırıb

BAKI, 12 noyabr. TELEQRAF

Kolumbiya Prezidenti Qustavo Petro ölkəsinin kəşfiyyat qurumları ilə ABŞ strukturları arasındakı əməkdaşlığın müvəqqəti dayandırıldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

Petronun sözlərinə görə, qərar ABŞ Hərbi Dəniz Qüvvələrinin Karib dənizində katerlərə endirdiyi raket zərbələrinə cavab olaraq qəbul edilib.

“İctimai təhlükəsizlik qüvvələrinin bütün kəşfiyyat bölmələrinə məlumat ötürülməsi və digər qarşılıqlı əlaqə formalarını dayandırmaq barədə göstəriş verilib”, -prezident qeyd edib.

Kolumbiya lideri bildirib ki, bu addım Amerika tərəfinin hücumları dayandırılana qədər qüvvədə qalacaq. O həmçinin vurğulayıb ki, narkotik qaçaqmalçılığına qarşı mübarizə Karib xalqlarının suveren qərarlarına tabe olmalıdır.

Избранный
56
7
teleqraf.com

8Источники