RU

“Barselona” Yamalın zədəsi ilə bağlı əcnəbi həkimlə məsləhətləşib

“Barselona” hücumçu Lamin Yamalın son zədəsini qiymətləndirmək üçün idmanda 3000-dən çox xəstəni müalicə edən pubalgiya (xroniki aşağı qarın və qasıq ağrısı) üzrə ixtisaslaşmış belçikalı həkimə müraciət edib.

İdman.Biz bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.

Mütəxəssisin tapıntıları ümidvericidir: o, oyunçunun vəziyyətini yaxşı olduğunu deyir və “Barselona”nın tibb heyəti tərəfindən həm fiziki hazırlıq, həm də fizioterapiya baxımından tətbiq edilən müalicə planını dəstəkləyir. Mütəxəssis pubalgiyanın mümkün qədər tez müalicə edilməsinin vacibliyini vurğulayır.

Lakin oyunçu fiziki formasını qorumaq və ağrının təkrarlanmasının qarşısını almaq üçün həkimlərinin və fizioterapevtlərinin tövsiyələrini diqqətlə yerinə yetirməyə davam etməlidir.

Yamal tibbi səbəblərə görə noyabr ayında 2026-cı il dünya çempionatının seçmə mərhələsində Gürcüstan və Türkiyəyə qarşı keçiriləcək oyunlarda İspaniya millisinin heyətindən kənarlaşdırılıb. Bu, milli komandanın tibb heyətinin razılığı olmadan baş verib və məşqçilər heyəti arasında təəccüb və narazılığa səbəb olub.

İdman.Biz

Избранный
28
1
idman.biz

2Источники