RU

Fransa Fələstinin Konstitusiyasının hazırlanmasında iştirak edəcək

BAKI, 12 noyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron və Fələstin lideri Mahmud Abbas Parisdə keçirilən görüş zamanı Fələstin dövlətinin konstitusiyasının hazırlanması üçün birgə komitənin yaradılacağını elan ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

Makronun sözlərinə görə, yeni konstitusiya layihəsi üzərində iş Fələstin dövlətinin yaradılması üçün bütün zəruri şərtlərin formalaşdırılmasına yönələcək.

O bildirib ki, komitə hüquqi məsələlərin işlənməsi ilə məşğul olacaq. Fransa lideri həmçinin qeyd edib ki, Mahmud Abbas artıq hazır konstitusiya layihəsini ona təqdim edib.

Mahmud Abbas isə komitənin fəaliyyətinə dərhal başlamağa hazır olduğunu bildirib və Fələstin administrasiyasında islahatlar aparılacağını, seçkilərin keçiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, səsvermə HƏMAS-ın tərksilahından bir il sonra, atəşkəsin ikinci mərhələsi çərçivəsində baş tuta bilər.

Makron isə cavabında qeyd edib ki, Fransa HƏMAS-ın Qəzza üzərində nəzarəti yenidən ələ keçirməsinə yol verməyəcək.

Избранный
71
teleqraf.com

1Источники