RU

Google bu ölkədəki layihələrə 5,5 milyard avro investisiya qoymağı planlaşdırır

Olke.az saytına istinadən ain.az xəbər verir.

Amerikanın Google texnologiya şirkəti növbəti dörd il ərzində Almaniyada layihələrə 5,5 milyard avro investisiya qoymağı planlaşdırır.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı şirkətin Almaniya əməliyyatlarının rəhbəri Filip Yustusun açıqlamasına istinadən yazıb.

Konkret olaraq, vəsaitlərin Hessen federal torpağının Ditsenbax şəhərində yeni məlumat mərkəzinin tikintisinə və Hanauda mövcud məlumat mərkəzinin genişləndirilməsinə yönəldilməsi planlaşdırılır.

Bundan əlavə, "Google" Berlin, Münhen və Frankfurtda şəhərlərində iştirakını genişləndirəcək. Bu, Almaniyada ən böyük investisiya proqramıdır və şirkət 2029-cu ilin sonuna qədər ölkədə hər il təxminən 9000 iş yeri yaratmağı planlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
5
olke.az

6Источники