RU

Amerikalı xanım rəhbər vəzifəni tutdu

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Amerikalı Valeri Kamillo Qadınların Tennis Assosiasiyasının (WTA) sədri vəzifəsini tutub. Bu barədə qurumun mətbuat xidməti xəbər yayıb. Əvvəl bu postu Stiv Saymon tuturdu. Kamillo yeni vəzifənin icrasına noyabrın 17-də başlayacaq. Onun bununla bağlı fikirləri:

“Belə həlledici məqamda qadınlar üçün dünyanın bir nömrəli idman növünə rəhbərlik etmək mənim üçün böyük şərəfdi. WTA artıq çoxdan tərəqqinin hərəkətverici qüvvəsidi, həm idmançılar, həm də azarkeşlər üçün sərhədləri genişləndirir. Bu idman növünü birlikdə inkişaf etdirəcək, bütün dünyadakı qadınlar üçün örnək olmasına çalışacağıq”.

Saymon mayda WTA-in Direktorlar Şurasına bu ilin sonunda qurumun rəhbəri vəzifəsindən gedəcəyini bildirmişdi. Amerikalı 2015-ci ildən WTA baş direktoru vəzifəsində çalışırdı, ancaq 2023-ün dekabrında həmin postu tərk edərək qurumun sədri kimi qaldı. “Express”in yaydığı xəbərə görə, Saymonun bu qərarına bəzi aparıcı tennisçilərin, o sıradan belaruslu Arina Sobolenko ilə polşalı İqa Sventekin neqativ reaksiyası təsir edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
30
1
icma.az

2Источники