Hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri həssaslıqla araşdırılır.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran "X" hesabında yazıb.
"Gürcüstanda hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində hərbçilərimizin şəhid olması millətimizi kədərləndirib. Axtarış -xilasetmə qrupları təyyarəmizin qalıqlarını tapıb", - deyə o bildirib.