RU

Qəzaya uğrayan təyyarə heyəti ilə bağlı acı xəbər

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün ekipaj üzvü həlak olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə "AnewZ" telekanalının müxbiri Nini Nikoleişvili Sıqnaxi bələdiyyəsində, qəzanın baş verdiyi yerdən məlumat verib.

Qeyd olunub ki, təsdiqlənmiş məlumata görə, dağlıq ərazidə qəzaya uğrayan təyyarənin göyərtəsindəki 20 nəfərin hamısı həlak olub.

"Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Axtarış-xilasetmə qrupları və helikopterlər çətin relyef və zəif görmə şəraitində işləyir", - məlumatda deyilir.

Vurğulanıb ki, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Избранный
52
5
metbuat.az

10Источники