RU

Sakit səssiz Bakıdakı parada gəlib gedən ərəb şəhzadə kimdir? VİDEO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

8 noyabr Bakıda hərbi paradı izləmək üçün gələnlərdən biri də Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Al Maktum idi.Milli.az xəbər verir ki, 1982-ci il doğumlu Rəşid Al Maktum  2008-ci ildən bəri Dubayın vəliəhdi, 2024-cü ildən isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə naziri və Baş nazir müavinidir. Cəmiyyətdə daha çox "Fəzza" ləqəbi ilə tanınır. Bu ləqəb ərəbcədə "kömək edən, himayə edən" mənasını verir və o, şeirlərini də bu adla nəşr etdirir.

Şeyx Həmdan həm də peşəkar atlı idmançıdır və Dünya Atçılıq Oyunlarında bir neçə dünya çempionluğu qazanıb.

Şeyx Həmdan təhsilinə Dubayda başlayıb. Sonra Böyük Britaniyada məşhur Sandhurst Kral Hərbi Akademiyasında və London İqtisadiyyat Məktəbində oxuyub.

2019-cu ildə əmisi qızı Şeyxa Şeyxa bint Səid Əl Maktum ilə evlənib, 4 övladı var.

Şeyx Həmdan sosial şəbəkələrdə çox məşhurdur. İnstagramda hobbiləri - heyvanlar, səyahət, idman və fotoqrafiya haqqında paylaşımlar edir.

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Milli.Az.official (@milli.az.official)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
news.milli.az

2Источники