RU

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

11 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana zəng edib.

Day.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Nazir Ceyhun Bayramov Azərbaycandan Türkiyəyə istiqamətlənən C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar başsağlığı diləyib, vəfat edən təyyarə heyəti və hərbçilərə Allahdan rəhmət, doğmalarına səbr arzulayıb.

Qəza ilə bağlı Azərbaycan tərəfinin Türkiyə və Gürcüstanın aidiyyəti dövlət qurumları ilə təmasda olduğu və qəzanın nəticələrinin aradan qaldırılması, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə hazır olduğu bildirilib.

Hakan Fidan başsağlığına və bu ağır gündə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Избранный
10
24
day.az

10Источники